Ana Sayfa > M / Karusel / Hadisə > Şəhid gizir sabah Neftçalada dəfn olunacaq

Şəhid gizir sabah Neftçalada dəfn olunacaq


3-04-2016, 22:17. Yazar: Xeberaz
Şəhid gizir sabah Neftçalada dəfn olunacaq
Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun giziri Səlimov Elimdar Səlimxan oğlu da qəhrəmancasına həlak olub.

1992-ci ildə Neftçala rayonunun Qaramanlı kəndində anadan olub. Şəhidin tabutunun bu saatlarda doğma kəndinə gətiriləcəyi gözlənilir.

Artıq Neftçala RİH-nin başçısı İsmayıl Vəliyev başda olmaqla rayon rəsmiləri və kənd sakinləri şəhidin evinə toplaşmaqdadır.

Dəfn mərasimi sabah saat 13-də kənd qəbiristanlığında olacaq.
Geri dön