Ana Sayfa > M / Karusel / Dünya > İslam Təşkilatı: "İrəvan o torpaqlardan dərhal çıxmalıdır"

İslam Təşkilatı: "İrəvan o torpaqlardan dərhal çıxmalıdır"


3-04-2016, 19:02. Yazar: Xeberaz
İslam Təşkilatı: "İrəvan o torpaqlardan dərhal çıxmalıdır"
Ermənistanın Azərbaycana qarşı hücumlarından narahatıq.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkiatının (İƏT) sədri İyad Mədəni söyləyib.

O bildirib ki, Ermənistan tez bir zamanda işğal etdiyi torpaqlardan çıxmalıdır:

“Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan qeyd-şərtsiz çıxmalıdır. Beynəlxalq birlik Ermənistan və Azərbaycan arasındakı münaqişəni siyasi yolla həllinə nail olmalıdır”.
Geri dön