Ana Sayfa > M / Karusel / Dünya / Reportaj > İran Azərbaycana Qarabağla bağlı yardım təklif etdi

İran Azərbaycana Qarabağla bağlı yardım təklif etdi


3-04-2016, 17:53. Yazar: Xeberaz
İran Azərbaycana Qarabağla bağlı yardım təklif etdi

Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.
Geri dön