Ana Sayfa > M / Karusel / Siyasət > Azərbaycan və İranın Müdafiə nazirləri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə etdilər

Azərbaycan və İranın Müdafiə nazirləri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə etdilər


3-04-2016, 16:32. Yazar: Xeberaz
Azərbaycan və İranın Müdafiə nazirləri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə etdilər


Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.
Geri dön