Ana Sayfa > M / Karusel / Gündəm > “Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik...”

“Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik...”


3-04-2016, 11:02. Yazar: Xeberaz
“Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik...”
“Gün ərzində cəbhə xəttindən aldığımız məlumatlar həm üzücü, həm də sevindirici oldu. İşğaldan azad edilən kənd və strateji yüksəkliklərlə yanaşı, itkilərimiz də var. Allah şəhidlərimizə rəhmət etsin, başımız sağ olsun,Vətən yaşasın”.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O, Azərbaycanın işğal olunmuş torpaqlarının tezlikdə azad ediləcəyinə inandığını vurğulayıb:

“İnanıram ki, biz bir gün mütləq Şuşada, Kəlbəcərdə, Laçında bayrağımızı dalğalandıracayıq. İnanıram ki, bir gün Göyçə gölünün dumduru sularına tamaşa edəcəyik. İnanıram ki, bir gün Cənubi Qafqazın gerçək lideri olacağıq-ədalətli, demokratik, güclü və güvənli vətənimiz olacaq... Niyə də olmasın?! Cəmiyyətimizin ən ümdə arzusu bu deyilmi? Arzulayırıqsa edəcəyik-ümidlə o günü gözləyir, Ümidlə o günə gedirik...”
Geri dön