Ana Sayfa > M / Karusel / Siyasət > Ştaynmayer Qarabağda döyüşləri dayandırmağı tələb etdi

Ştaynmayer Qarabağda döyüşləri dayandırmağı tələb etdi


2-04-2016, 19:26. Yazar: Xeberaz
Ştaynmayer Qarabağda döyüşləri dayandırmağı tələb etdi
“Atəşkəs rejiminə tam həcmdə riayət etməyə çağırıram”.

ATƏT-in fəaliyyətdə olan sədri və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Qarabağ münaqişəsi zonasında gərginliyin artmasından narahatlığını bildirib və tərəfləri döyüş əməliyyatlarını dayandırmağa çağırıb.

“Mən Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində hərbi əməliyyatların gərginləşməsi, həmçinin qurbanlar, o cümlədən də dinc əhali arasında itkilərin olmasından çox narahatam. Mən tərəfləri dərhal döyüşləri dayandırmağa və atəşkəs rejiminə tam həcmdə riayət etməyə çağırıram”, - deyə, onun mətbuat xidməti tərəfindən yayılmış bəyanatında deyilir, Oxu.Az xəbər verir.

“İndi tərəflər Minsk qrupu çərçivəsində danışıqlara qayıtmaq üçün zəruri siyasi iradə göstərməlidirlər”, - deyə, Ştaynmayer bildirib və qeyd edib ki, o, bu məsələdə həmsədrlərə tam dəstək göstərir.
Geri dön