Ana Sayfa > M / Karusel / Siyasət > Ermənistan Müdafiə Nazirliyi səfərbərliklə bağlı xəbərləri təkzib edib

Ermənistan Müdafiə Nazirliyi səfərbərliklə bağlı xəbərləri təkzib edib


2-04-2016, 18:07. Yazar: Xeberaz
Ermənistan Müdafiə Nazirliyi səfərbərliklə bağlı xəbərləri təkzib edib

Ermənistan ərazisində hərbi səfərbərliyin elan olunması haqda xəbərlər həqiqəti əks etdirmir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginlik Ermənistan ictimaiyyətində şayiələrin yayılmasına və əhalinin vahimələnməsinə səbəb olub.
Mətbuat katibi səfərbərliklə bağlı yayılan xəbərləri də şayiə adlandıraraq təkzib edib.
Geri dön