Ana Sayfa > M / Karusel / Siyasət > Ərdoğan ABŞ-dan Putinə səsləndi

Ərdoğan ABŞ-dan Putinə səsləndi


1-04-2016, 12:36. Yazar: Xeberaz
Ərdoğan ABŞ-dan Putinə səsləndi
Ərdoğan regional problemlərin nizamlanması üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacibliyini qeyd edib.

“Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Rusiya rəhbərliyinin son illər apardığı siyasətlə bağlı münasibətlərimiz təyyarənin vurulmasından hələ xeyli əvvəl pisləşməyə başlamışdı.

Moskvanın anlamadığımız sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiyalı həmkarımın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik”, - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Brukinsk institutunda çıxışı edərkən bildirib.
Geri dön