Ana Sayfa > M / Karusel / Dünya / M2 > Davudoğlu “erməni soyqırımı”nı dəstəkləyən müşaviri işdən qovdu

Davudoğlu “erməni soyqırımı”nı dəstəkləyən müşaviri işdən qovdu


16-04-2015, 16:09. Yazar: Xeberaz
Davudoğlu “erməni soyqırımı”nı dəstəkləyən müşaviri işdən qovdu
“Hazırda ölkə xaricində işlərimi davam etdirirəm”.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan tutduğu vəzifədən azad edilib.

Xeberaz.az “Hurriyet”ə istinadən xəbər verir ki, Mahçupyanın bildirdiyinə görə, onu yaş həddinə görə işdən kənarlaşdırıblar.

“Hazırda ölkə xaricində işlərimi davam etdirirəm”, - o deyib.

Qeyd edək ki, Roma Papasından sonra Etyen Mahçupyan da “erməni soyqırımı” ifadəsi işlədib.

“Mən millətçi deyiləm, lakin 1915-ci ildə baş verənləri mən çıxışlarımda “soyqırım” adlandırıram”, - Mahçupyan deyib.
Geri dön