Ana Sayfa > M / Karusel / Gündəm > Tahir Kərimova daha bir zərbə — Dəbdəbəli villası əlindən alındı

Tahir Kərimova daha bir zərbə — Dəbdəbəli villası əlindən alındı


26-03-2016, 17:50. Yazar: Xeberaz
Tahir Kərimova daha bir zərbə — Dəbdəbəli villası əlindən alındı
Prezidentin sərəncamı ilə bu yaxınlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayonda dəbdəbəli villası əlindən alınıb.

"Xəbəraz.az " Ölkə.az-a sitinadən verdiyi məlumata görə, Tahir Kərimovun Salyan şəhərinin mərkəzində inşa etdirdiyi dəbdəbəli villası bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.
Geri dön