Ana Sayfa > M / Karusel / Gündəm > Şəhid hərbçimiz dəfn edildi

Şəhid hərbçimiz dəfn edildi


26-03-2016, 16:15. Yazar: Xeberaz
 Şəhid hərbçimiz dəfn edildi
E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Ötən gün cəbhə xəttində şəhid olan kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən şəhid olan E. Abbaszadənin dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda hərbi orkestr Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


Geri dön