Ana Sayfa > M / Karusel / Dünya > Brüsseldə terror əməliyyatı – YENİ PARTLAYIŞLAR

Brüsseldə terror əməliyyatı – YENİ PARTLAYIŞLAR


25-03-2016, 19:03. Yazar: Xeberaz
Brüsseldə terror əməliyyatı – YENİ PARTLAYIŞLAR
Belçikanın paytaxtı Brüsseldə ard-arda keçirilən terror hücumlarından sonra Sçarbek məhəlləsində əməliyyat keçirilib.

Keçirilən əməliyyat zamanı partlayış səsi eşidildiyi, bir nəfərin zərərsizləşdirildiyi bildirilir.

Bəzi mənbələr bölgədə iki partlayış səsi eşitdiklərini bildiriblər. Hadisə yerinə bomba zərərsizləşdirici qruplar gəlib, ərazi mühasirəyə alınıb.

Qeyd edək ki, martın 22-də Brüssel hava limanında və metroda terror aktı törədilib. 34 nəfər həyatını itirib, 270 nəfər yaralanıb.
Geri dön