Ana Sayfa > M / Karusel / Dünya > Türkiyənin məşhur idman telekanallarından biri bağlanır

Türkiyənin məşhur idman telekanallarından biri bağlanır


25-03-2016, 15:49. Yazar: Xeberaz
Türkiyənin məşhur idman telekanallarından biri bağlanır
Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək.

Türkiyənin məşhur idman telekanallarından biri bağlanır.

“Doğuş” yayım qrupunun sahib olduğu “NTVSpor” telekanalının bağlanmasına hazırlıq başlanıb.

Telekanalın bir müddətdir zərərlə çalışması səbəbindən öncə işçilərin əhəmiyyətli qismi ixtisar ediləcək, daha sonra isə telekanal tamamilə bağlanacaq.

İlk olaraq “NTVSpor”un tanınmış simalarından Özgür Buzbaş, Irmak Kazuk, Ali Ece və Burcu Hakyemez Dal ilə birlikdə 30 nəfər işdən çıxarılıb, bununla bağlı həmin şəxslərə dünən və bu gün müvafiq əmr təqdim edilib. Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək, bu prosesin yekununda isə “NTVSpor”un yayımı tamamilə dayandırılacaq.
Geri dön