Ana Sayfa > M / Karusel / Hadisə / Foto-fakt > Mühafizəçilər 29 yaşlı şəxsi səhvən başından güllələdi- Xızıda

Mühafizəçilər 29 yaşlı şəxsi səhvən başından güllələdi- Xızıda


16-04-2015, 02:02. Yazar: Xeberaz
Mühafizəçilər 29 yaşlı şəxsi səhvən başından güllələdi- Xızıda

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Xızı rayonunda Yaşma bağları tərəfdə bir nəfər başından güllələnərək öldürülüb.

Xeberaz.az xəbər verir ki, bu barədə ans press-ə ölən şəxsin qohumları məlumat verib. Qohumların sözlərinə görə, 29 yaşlı Qurbanov Rasim Yasin oğlu Şirvan dəmiryolu mühafizəçiləri tərəfindən güllələnib. Belə ki, Rasim Qurbanov heyvan otarırmış, lakin ani olaraq heyvanları itirib. Rasim Qurbanov heyvanları axtara-axtara Şirvan dəmiryolunun ərazisinə daxil olub.

Dəmiryolunun mühafizəçiləri onu oğru bilərək hücum ediblər. Rasim Qurbanov qorxusundan qaçmağa başlayıb. Mühafizəçilər isə tapançadan atəş açaraq onu başından vurublar.

Qohumların sözlərinə görə, mühafizəçilər ölən gəncin meyitini təhqir ediblər. Onun meyitini döyüb və soyundurublar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.
Geri dön