Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > “General Zeynalov işdən çıxarıldı

“General Zeynalov işdən çıxarıldı


22-03-2016, 19:23. Yazar: Xeberaz
“General Zeynalov işdən çıxarıldı

"Xəbəraz.az " xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb.

X.Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.

Məsələ ilə bağlı açıqlama verən Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabail Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.
Geri dön