Ana Sayfa > M / Karusel / Dünya > “Arvadımla oğlum Brüssel hava limanında olub” - Saakaşvili

“Arvadımla oğlum Brüssel hava limanında olub” - Saakaşvili


22-03-2016, 19:08. Yazar: Xeberaz
“Arvadımla oğlum Brüssel hava limanında olub” - Saakaşvili

“Həyat yoldaşım və oğlum Brüsseldə hava limanında partlayış baş verməzdən bir neçə saat öncə həmin terminalda olub”.
Bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ”Facebook” səhifəsində yazıb.

Saakaşvilinin sözlərinə görə, ailə üzvləri terror aktı baş verməzdən öncə təyyarəylə uçub:
“Mən bu faciə haqda oxuyanda artıq bilirdim ki, onlar uçublar. Lakin dərhal hadisə qurbanlarının yaxınları haqda düşündüm. Çox dəhşətli faciədir və çox təəssüf edirəm ki, bu, son deyil”.
Qeyd edək ki, son rəsmi rəqəmlərə görə, Brüssel hava limanında baş vermiş partlayışda 15 nəfərin öldüyü təsdiqlənib.

Geri dön