Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycanda 13 kəndin adı dəyişdirildi

Azərbaycanda 13 kəndin adı dəyişdirildi


15-04-2015, 21:00. Yazar: Xeberaz
Azərbaycanda 13 kəndin adı dəyişdirildi
18 kəndin tarixi adı isə özünə qaytarılıb.

Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.

Xeberaz.az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, iclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından daxil olmuş müraciətlərə baxılaraq bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi və bir sıra eyniadlı kəndlərin adlarının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılıb, eyniadlı 13 kəndin adı isə dəyişdirilib.
Geri dön