Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz TV > Türklərə “vəhşi it” dedi, zaldan qovuldu

Türklərə “vəhşi it” dedi, zaldan qovuldu


10-03-2016, 16:42. Yazar: Xeberaz
Türklərə “vəhşi it” dedi, zaldan qovuldu


Avropa Parlamentinin sədri Martin Şults türkləri təhqir edən ifrat sağçı yunan parlamentarini Baş Assambleyadan qovub.

"Xəbəraz.az " xarici KİV-ə istinadən xəbər verir ki, millət vəkili Eleftherios Synadinos türkləri barbar, vəhşi it adlandırıb:

“Elmi ədəbiyyatda osmanlılar it kimi təsvir edilir. Türkləri barbarlar, pis yalançılar kimi tərif edə bilərik. Türklər vəhşi it kimi düşmənlə savaşdan qaçır”.

Bu açıqlamadan sonra Parlament sədri onu salondan qovub: "Qırmızı xətt keçildi. Bu, qəbuledilməzdir, xüsusilə də, irqçi fikirlər".

Qeyd edək ki, iclas Türkiyə və Avropa Birliyi arasındakı miqrant razılaşmasına həsr olunmuşdu.


Geri dön