Ana Sayfa > M / Karusel / Siyasət > Poroşenkodan Krım tatarları ilə bağlı Ankaraya çağırış

Poroşenkodan Krım tatarları ilə bağlı Ankaraya çağırış


9-03-2016, 18:11. Yazar: Xeberaz
Poroşenkodan Krım tatarları ilə bağlı Ankaraya çağırış
Ukrayna və Türkiyə Krım tatarlarının müdafiəsi üzrə səylərini fəallaşdırırlar.

Ukrayna prezidenti Petr Poroşenko Türkiyə parlamentini Krım tatarlarının 1944-cü il deportasiyasını soyqırımı olduğunu tanımağa çağırıb.

"Xəbəraz.az " Rosbalt-a istinadən xəbər verir ki, bu barədə Twitter-də P.Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

“Prezident Türkiyə parlamentini Krım tatarlarının 1944-cü il deportasiyasını soyqırımı olduğunu tanımağa çağırıb”, - mətbuat katibi bildirib.

“Urkayna və Türkiyə Rusiya tərəfindən işğal edilmiş Krımda tatarların müdafiəsi üzrə səylərini fəallaşdırırlar”, - Tseqolko qeyd edib.

Qeyd edək ki, mart ayının 9-da Poroşenkonun Türkiyəyə iki günlük işgüzar səfəri başlanıb. Dövlət başçısı xanımı ilə bərabər Türkiyədə yaşayan Ukrayna və Krım tatarları icmalarının nümayəndələri ilə görüşüb
Geri dön