Ana Sayfa > M / Karusel / Gündəm > “Mən anamın ayağını da öpdüm, siz də öpün”

“Mən anamın ayağını da öpdüm, siz də öpün”


7-03-2016, 20:59. Yazar: Xeberaz
“Mən anamın ayağını da öpdüm, siz də öpün”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Qadınlar Gününə həsr olunan tədbirdə çıxış edib.

"Xəbəraz.az "-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, prezident çıxışında bildirib ki, dünyanın hər yerində necə məzlumların yanındayıqsa, bütün qadınların da sona qədər yanındayıq: “Bizim mədəniyyətimizdə qadınlar cins olaraq deyil, insan olaraq qəbul edilir.

Dünyadakı qadın aksiyaları qadınların ən çox zərər gördüyü yerlərdə ortaya çıxıb.

Qadın olmaq demək, əvvəldən imtiyazlı olmaq deməkdir.

Bizim inancımızda cənnət qadınların ayaqları altındadır. Bu səbəbdən ayaqlarını öpmək lazımdır. Mən anamın ayağını öpdüm, siz də öpün”.
Geri dön