Ana Sayfa > M / Karusel / Siyasət / Ekskluziv > Baş nazirin xanımı Heydər Əliyev Mərkəzində - Fotolar

Baş nazirin xanımı Heydər Əliyev Mərkəzində - Fotolar

6-03-2016, 16:11. Yazar: Xeberaz
Baş nazirin xanımı Heydər Əliyev Mərkəzində -  Fotolar
Bu gün Azərbaycanda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai Heydər Əliyev Mərkəzində olub.

"Xəbəraz.az " Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Aniko Levai əvvəlcə Mərkəzdə britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi ilə tanış olub. Qonağa sərgidə nümayiş olunan əsərlər barədə məlumat verilib.

Macarıstan Baş nazirinin xanımı Heydər Əliyev Fondunun Budapeştdəki Laslo Battiani adına Roma Katolik Mərkəzində görmə qabiliyyəti zəif olan uşaqlar üçün yataqxana və tədris korpuslarının inşası ilə bağlı layihəsini yüksək qiymətləndirib. Orada uşaqların reabilitasiya kursu keçməsi üçün lazımi şəraitin yaradıldığını məmnunluqla qeyd edən qonaq Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi.

Aniko Levai sonra Mərkəzdəki “Klassik avtomobil sərgisi” ilə tanış olub.Baş nazirin xanımı Heydər Əliyev Mərkəzində -  Fotolar

Geri dön