Ana Sayfa > M / Karusel / Siyasət > Gürcüstanla Rusiya razılaşdı - Yeni müqavilə

Gürcüstanla Rusiya razılaşdı - Yeni müqavilə


5-03-2016, 22:44. Yazar: Xeberaz
Gürcüstanla Rusiya razılaşdı - Yeni müqavilə
Gürcüstan hökuməti ilə "Qazprom" şirkəti arasında yeni razılaşma əldə edilib.

Bu barədə Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib.

"Razılaşmada nəzərdə tutulur ki, Gürcüstan köhnə qiymətlərlə Rusiyadan qaz alacaq. Rusiyadan Ermənistana göndərilən təbii qaza görə rəsmi Tiflis 10 faiz tranzit haqqı alacaq", - Kaladze bildirib.

Qeyd edək ki, Gürcüstan Rusiyadan 2007-ci ildən qaz ixracını dayandırmışdı. Son aylar tərəflər arasında müntəzəm olaraq görüşlər keçirilirdi.
Geri dön