Ana Sayfa > M / Karusel / Dünya > Prezidenti iki il həbs gözləyir

Prezidenti iki il həbs gözləyir


14-04-2015, 14:31. Yazar: Xeberaz
Prezidenti iki il həbs gözləyir
İspan prokurorluğu katalon klubunun prezidenti Xosepa Mari Bartomeuya 27 ay həbs istəyib.

Xeberaz.az Avropa.info-ya xəbər verir ki, iddiaya görə “Barselona” klubunun prezidenti 2013-cü ildə braziliyalı hücumçu Neymarın transferi zamanı maxinasiyalara yol verib. 2015-ci ilin martında prokurorluq Bartomeunun və “Barselona”nın sabiq prezidenti Sandro Roselyanın həbsini istəmişdi. Sabiq prezident Neymar ətrafında cərəyan edən korrupsiya qalmaqalına görə hələ 2014-cü ilin yanvarında istefa vermişdi.

Vergi qaçaqçılığında klubun özü də günahlandırılır. “Barselona”nın məhəkəmə tərfindən günahkar bilinməsi haqda klub 22,2 milyon, Roselya 25,1 milyon, Bartomeu 3,8 milyon avro cərimə ödəməlidir.
Geri dön