Ana Sayfa > M / Karusel / Siyasət > Baş nazir Milli Məclisdə hesabat verəcək

Baş nazir Milli Məclisdə hesabat verəcək


1-03-2016, 13:36. Yazar: Xeberaz
Baş nazir Milli Məclisdə hesabat verəcək
Parlament məlumat yaydı.

Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Parlamentdən APA-ya bildirilib.

Məlumata görə, həmin gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasızadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hesabatın bu həftənin sonuna kimi əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq deputatlara paylanılması nəzərdə tutulub.
Geri dön