Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev Şevçoviçlə görüşüb – FOTO

İlham Əliyev Şevçoviçlə görüşüb – FOTO


29-02-2016, 13:39. Yazar: Xeberaz
İlham Əliyev Şevçoviçlə görüşüb – FOTO
“Avropanın Xəzər qazı ilə təmin edilməsi üçün davamlı öhdəlikləri qiymətləndiririk”.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.

"Xəbəraz.az "-ın xəbərinə görə, bu barədə M. Şevçoviç özünün “Twitter” səhifəsində yazıb.

Görüşdə Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı müzakirələr aparıblar.

“Avropanın Xəzər qazı ilə təmin edilməsi üçün davamlı öhdəlikləri qiymətləndiririk”, - deyə M. Şevçoviç bildirib.

Qeyd edək ki, görüş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının II toplantısı çərçivəsində baş tutub.
İlham Əliyev Şevçoviçlə görüşüb – FOTO
Geri dön