Ana Sayfa > M / Karusel / Gündəm > Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi

Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi


29-02-2016, 13:01. Yazar: Xeberaz
Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.

"Xəbəraz.az "-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, regional şöbənin rəisi, polis polkovniki Anar Əkbərov və onun müavini, polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.
Geri dön