Ana Sayfa > M / Karusel / Gündəm / Şou-Biznes > İlhamə Quliyevanın cənazəsi tibbi ekspertizaya aparıldı – FOTO

İlhamə Quliyevanın cənazəsi tibbi ekspertizaya aparıldı – FOTO


25-02-2016, 17:10. Yazar: Xeberaz
İlhamə Quliyevanın cənazəsi tibbi ekspertizaya aparıldı – FOTO
İlkin nəticələr açıqlandı.

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

"Xəbəraz.az " xəbər verir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.

15:28

Xalq artisti İlhamə Quliyevanın cənazəsi evindən götürülərək Respublika Xəstəxanasına tibbi ekspertizaya aparılıb.
İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında ürək çatışmazlığından evində dünyasını dəyişib.

İlhamə Quliyevanın cənazəsi tibbi ekspertizaya aparıldı – FOTO
Geri dön