Ana Sayfa > M / Karusel / Hadisə > Adam öldürən avtobus sürücüsü ölkədən qaçdı

Adam öldürən avtobus sürücüsü ölkədən qaçdı


24-02-2016, 16:34. Yazar: Xeberaz
Adam öldürən avtobus sürücüsü ölkədən qaçdı

Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib.
"Xəbəraz.az " bildirir ki, APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, T.Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi "VAZ 21011" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R.İsmayılov hadisə yerində ölüb.
Geri dön