Ana Sayfa > M / Karusel / Gündəm > Nazirlərin qəbuluna yazılmaq asanlaşacaq

Nazirlərin qəbuluna yazılmaq asanlaşacaq


13-04-2015, 13:07. Yazar: Xeberaz
Nazirlərin qəbuluna yazılmaq asanlaşacaq
Məlumat Hesablama Mərkəzi məlumat yaydı.

İcra strukturlarında “Vətəndaşların onlayn qəbula yazılması” elektron-xidmətinin tətbiqi planlaşdırılır.

Xeberaz.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirib.

Onun sözlərinə görə, “Vətəndaşların onlayn qəbula yazılması” adlı elektron-xidməti artıq hazırlanıb:

“Yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edərək vəzifəli şəxslərin qəbuluna “Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsinin təmin edilməsi üçün “Vətəndaşların onlayn qəbula yazılması” adlı elektron-xidməti hazırlanıb.

İlkin olaraq bu xidmət Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) üzrə mart ayından vətəndaşların istifadəsinə təqdim olunub. Yeni xidmət vasitəsilə vətəndaşların RİH-in səlahiyyətli şəxslərinin qəbuluna yazılması və prosesin onlayn izlənilməsi mümkün olub.

Mərkəz tərəfindən tezliklə digər xidmətlərin də elektronlaşdırılması nəzərdə tutulub”.

Bundan başqa, o bildirib ki, e-xidmətin digər icra strukturlarına da tətbiqi planlaşdırılır.
Geri dön