Ana Sayfa > M / Karusel / İqtisadiyyat > İran Azərbaycana neft-qaz sahəsində yeni əməkdaşlıq planı təklif edəcək

İran Azərbaycana neft-qaz sahəsində yeni əməkdaşlıq planı təklif edəcək


23-02-2016, 13:27. Yazar: Xeberaz
İran Azərbaycana neft-qaz sahəsində yeni əməkdaşlıq planı təklif edəcək

Bu gün İran prezidenti Həsən Ruhani Tehranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə rəsmi şəkildə Xəzər dənizində neft-qaz sahəsində yeni əməkdaşlıq planını təklif edəcək. "APA-Economics" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bican Nəmdar Zənganə deyib.

Nazir bildirib ki, səfər çərçivəsində hər iki ölkənin dövlət başçıları Xəzər dənizində neft və qaz yataqlarının istismarında iştirak məsələsini müzakirə edəcəklər: "Hər iki ölkə arasında danışıqlar yüksək siyasi səviyyədə həyata keçiriləcək".
Geri dön