Ana Sayfa > M / Karusel / Maraqlı > SU NƏDƏN ŞIRILTI SƏSİ VERİR

SU NƏDƏN ŞIRILTI SƏSİ VERİR


13-04-2015, 00:21. Yazar: Xeberaz
SU NƏDƏN ŞIRILTI SƏSİ VERİR

Su axarkən şırıltı yaradan hava qabarcıqlarıdır.

Suyun aktiv hərəkəti və axını zamanı əmələ gələn hava qabarcıqları spartlayaraq yoxa çıxarkən özünə məxsus müxtəlif səslər çıxarır. Bu da şırıltı əmələ gətirir. Tək axar suyun deyil, qaynayan suyun da özünə məxsus bir səsi, şırıltısı vardır.

Səs – hər hansı bir elastik əşyanın titrəyişindən əmələ gəlir və bu titrəyişi yaratmaq üçün hər hansı bir elastik əşyanı əvvəlcə sıxmaq, sonra isə dartıb-uzatmaq lazımdır. Su qaynayarkən yaranan buğ yuxarı qalxaraq qabarcıqlar yaradır, partlayır və bu hal ardıcıllıq təşkil edir. Belə olan halda su özünə məxsus səs çıxararaq – şırıldayır.

Su axını çayın döngəsindən keçərkən burulğan yaradır. Bu burulğan – hava ilə su qarışığının yaratdığı təlatümlü dalğalardır. Suyun güclü təzyiqi nəticəsində sıxılmış hava yuxarı qalxaraq müxtəlif səslər çıxarır. Bu da hamıya çox xoş gələn su şırıltısıdır.
Geri dön