Ana Sayfa > M / Karusel / Gündəm > Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edəcək


23-02-2016, 11:48. Yazar: Xeberaz
Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 25-də Ağsu şəhərində, Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 51) 24 fevral 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Geri dön