Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycana qar yağıb

Azərbaycana qar yağıb


12-04-2015, 18:11. Yazar: Xeberaz
Azərbaycana qar yağıb
Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək.

Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, Quba rayonunun Xınalıq kəndinə 10 sm, Qırız yaşayış məntəqəsinə 10 sm, Qonaqkənd, Nohurdüzü, Rük və Susaya isə 3-4 sm qar düşüb. Qusar rayonunun Ləzə kəndində də 3 sm qalınlığında qar qeydə alınıb.

Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-nın yerli bürosuna verilən məlumata görə, temperatur bəzi yaşayış məntəqələrində mənfi 3-4 dərəcəyə düşüb.

Yağıntılı hava şəraiti aprelin 14-dək davam edəcək.
Geri dön