Ana Sayfa > M / Karusel / Dünya > Roma Papası Türkiyəni “ermənilərin soyqırımında” ittiham etdi

Roma Papası Türkiyəni “ermənilərin soyqırımında” ittiham etdi


12-04-2015, 15:44. Yazar: Xeberaz
Roma Papası Türkiyəni “ermənilərin soyqırımında” ittiham etdi
Papa Fransisk qondarma erməni soyqırımı ilə əlaqədar keçiriləcək mərasimə qatılacaq.

Seçildiyi ilk günlərdə cinsi azlıqları dəstəklədiyi elan edən Roma Papası Fransisk, indi də erməniləri dəstəkləməyə qərar verib.

Xeberaz.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçiriləcək mərasimə qatılacaq.

Mərasimin Romada keçirilməsi planlaşdırılır. Mərasimdə eyni zamanda Ermənistan prezidenti Serj Sarqsyan da iştirak edəcək.

Birinci dünya müharibəsi zamanı Osmanlı İmperiyası tərəfindən törədildiyi iddia edilən soyqırım Türkiyə hökuməti tərəfindən tanınmır.

Rəsmi Ankara tarixin yenidən araşdırılması üçün ermənilərə arxivlərin açılmasını təklif etsə də, ermənilər təklifləri qəbul etmirlər.
Geri dön