Ana Sayfa > M / Karusel / Dünya / M2 > Fəthullah Gülənin erməni patriarxına yazdığı gizli məktub ələ keçdi

Fəthullah Gülənin erməni patriarxına yazdığı gizli məktub ələ keçdi


11-04-2015, 23:18. Yazar: Xeberaz
Fəthullah Gülənin erməni patriarxına yazdığı gizli məktub ələ keçdi
Türkiyənin "Yeni Şafak” qəzeti hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin 1965-ci ildə erməni patriarxına yazdığı məktubu əldə edib.

Fəthullah Gülənin imzasını daşıyan məktub erməni patriarxı Şinork Kalustyana yazılıb.

"Uşaqlıq və peşə həyatımda tanıdığım bir çox erməni ailəsi var. 1915-ci ildə ermənilərə qarşı həyata keçirilən böyük soyqırımını lənətlə yad etmədən keçə bilməyəcəyəm. Qətl edilən insanları dərin hörmətlə xatırlayıram. Öldürülənlərin içində nə qədər böyük insanların olduğunu dərin bir həssaslıqla oxuyur və onları hörmətlə xatırlayıram”, - məktubda deyilir. (publika.az)
Geri dön