Ana Sayfa > M / Karusel / Dünya / Reportaj > ““Cənab Davudoğlu, siz zarafat edirsiniz?” - Rusiya XİN

““Cənab Davudoğlu, siz zarafat edirsiniz?” - Rusiya XİN


18-02-2016, 22:39. Yazar: Xeberaz

““Cənab Davudoğlu, siz zarafat edirsiniz?”  -  Rusiya XİN
“Türkiyə hökumətinin “Moskva gizli şəkildə İraq-Şam İslam Dövlətinə (İŞİD) kömək edir “ iddiasını təmamilə qəbuledilməz sayırıq”.

"Xəbəraz.az " ın məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Cənab Əhməd Davudoğlu, siz ciddisiniz, yoxsa zarafat edirsiniz? Əgər bu zarafatdırsa, mən düşünürəm ki, Türkiyə vaxtını kinayəli sözlərə sərf etməkdənsə, terrorizmə qarşı xüsusi tədbirlər görsün.

Regionda terrorizmin gücləndiyi bir zamanda qüvvələri birləşdirmək əvəzinə Türkiyə rəsmisindən belə sözlər eşitmək olduqca gülüncdür. Sadəcə Rusiyanın terrorçuluğa qarşı mübarizəsinə kölgə salmaq istəyirlər”, - deyə Zaxarova əlavə edib.

Xatırladaq ki, Türkiyə baş naziri Əhməd Davudoğlu fevralın 4-də Londonda keçirilən Suriya konfransında deyib ki, bu ölkədə humanitar böhranın ilk səbəbi, Suriya rejimi tərəfindən törədilən hərbi cinayətlər və “İslam Dövləti” qrupudur: “Əsəd rejiminə kömək edənlər də eyni cinayət işlədirlər. Hələb Rusiya təyyarələrinin güclü bombardmanı altındadır”.
Geri dön