Ana Sayfa > M / Karusel / Siyasət / Aktual > Beş dövlətin səfirləri ​Türkiyə XİN-ə çağırılıb

Beş dövlətin səfirləri ​Türkiyə XİN-ə çağırılıb


18-02-2016, 17:12. Yazar: Xeberaz

Beş dövlətin səfirləri ​Türkiyə XİN-ə çağırılıb

Fevralın 17-də Ankarada törədilən terrorla bağlı vəziyyətin onların diqqətinə çatdırıldığı ehtimal edilir
Beş dövlətin Türkiyədəki səfirləri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin Türkiyədəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar.
Fevralın 17-də Ankarada törədilən terrorla bağlı vəziyyətin onların diqqətinə çatdırıldığı ehtimal edilir.
Geri dön