Ana Sayfa > M / Karusel / Gündəm > ız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır--Yanan Binada

ız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır--Yanan Binada


11-04-2015, 20:18. Yazar: Xeberaz


ız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır--Yanan Binada
Dünən Bakının Nobel prospektində yanan 9 mərtəbəli bina sakinlərinə artıq kirayə pulları paylanıb.


Xeberaz.az lent.az-a istinadən məlumatına görə, yanğından binanın bu gün toyları olan sakinləri də zərər çəkib.

Qız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır və dünən axşam onların ikisinin də evi yanıb. Amma bu gün toy eləməyə məcburdurlar. Ali Hərbi məktəbi bu il bitirəcək oğlanın atası Əli Məmmədov bildirir ki, dəvətnamələr paylandığından toyu təxirə sala bilməzlər: “Heç bilmirəm nə olacaq, necə olacaq. Onların da, mənim də evim yanıb. Gəlini hara aparacağıq, elə onu düşünürəm”.

Qeyd edək ki, binanın yanğından mühafizə olunmuş hissəsinin sakinləri artıq evlərinə dönüblər.







Geri dön