Ana Sayfa > M / Karusel / Siyasət > Novruz Məmmədov: “Terror aktlarının beynəlxalq gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur”

Novruz Məmmədov: “Terror aktlarının beynəlxalq gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur”


18-02-2016, 11:29. Yazar: Vusale
Novruz Məmmədov: “Terror aktlarının beynəlxalq gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur”

“Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Düşünürəm ki, dövlətlərarası gərginlik azalarsa, terror aktlarının azalması da müşahidə olunar”.

APA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazıb. Novruz Məmmədov Türkiyə xalqına başsağlığı da verib: “Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin!”
Geri dön