Ana Sayfa > M / Karusel / Gündəm > “Bakı Telefon Rabitəsi” İB-nin baş mühasibinin həbs müddəti uzadılıb

“Bakı Telefon Rabitəsi” İB-nin baş mühasibinin həbs müddəti uzadılıb


15-02-2016, 12:59. Yazar: Vusale
“Bakı Telefon Rabitəsi” İB-nin baş mühasibinin həbs müddəti uzadılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin həbsdə olan baş mühasibi Anar Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Gülşən Salmanovanın APA-ya verdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsi həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, A. Mustafayev “MTN işi”nə görə həbs edilib. O, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən ittiham olunur. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Geri dön