Ana Sayfa > M / Karusel / Maraqlı > Tovuzda 2 kiloqramlıq limon yetişdirilir - Foto

Tovuzda 2 kiloqramlıq limon yetişdirilir - Foto


14-02-2016, 21:39. Yazar: Xeberaz

Tovuzda 2 kiloqramlıq limon yetişdirilir -  Foto
Tovuzda limon ağacı bir ildə 150 kiloqramdan çox məhsul verir. Limonlardan ən böyüyünün çəkisi 2 kiloqrama çatır. Görünüşünə görə, cənub bölgəsində əkilən subtropik bitkidən tam fərqlənən və Hindistan sortu adlandırılan limon Əyyublu kəndində yetişdirilir.

Xəbəraz.az xəbər verir ki, kənd sakini Cahangir Sadıqov AzərTAC-a bildirib ki, limon tingini dostundan alıb və əkdikdən sonra onun 5 il bar verməsini gözləyib. Nəhayət, kiçik ağacda böyük limonlar yetişib.

Tovuz sakini artıq 3 ildir ki, yazda çiçək açıb payızda bar verən bitkinin meyvələrini yığır. Limon bitkisi sahibinə yaxşı gəlir də gətirir. O, böyük limonları 1-1,5 manata satır.

İstixana şəraitində yetişən subtropik bitki kənd sakinlərinin də marağına səbəb olub. Kimisi bu limonun tingini, kimisi də meyvəsini əldə etmək üçün C.Sadıqovun həyətinə üz tutur.
Tovuzda 2 kiloqramlıq limon yetişdirilir -  Foto
Geri dön