Ana Sayfa > M / Karusel / İdman / M2 > “Avro-2016” İspaniya çempion oldu

“Avro-2016” İspaniya çempion oldu


14-02-2016, 15:27. Yazar: Xeberaz

“Avro-2016” İspaniya çempion oldu
Serbiyada futzal üzrə keçirilən Avropa çempionatı başa çatıb.

Xəbəraz.az-ın qol.az-a istinadən məlumatına görə, final görüşündə Rusiya və İspaniya yığmaları qarşılaşıb.

Ümumilikdə 10 qolun vurulduğu matç Priney təmsilçisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 7:3 hesabı ilə qalib gələn İspaniya yeddinci dəfə fəxri mükafata sahib çıxıb.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Qazaxıstan meydan sahibi Serbiyanı 5:2 hesabı ilə məğlub edib.
Geri dön