Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Türkiyə prezidenti Azərbaycana fevralın 18-də səfər edəcək

Türkiyə prezidenti Azərbaycana fevralın 18-də səfər edəcək


14-02-2016, 15:23. Yazar: Xeberaz

Türkiyə prezidenti Azərbaycana fevralın 18-də səfər edəcək
Səfər zamanı bir sıra sənədlərin imzalanması gözlənilir
Xəbəraz.az REPORT.AZ -a istinadən xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana fevralın 18-də səfər edəcək.
Bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat mərkəzi məlumat yayıb.
Səfər zamanı Gəncədə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək. İclas çərçivəsində ikitərəfli əməkdaşlıq və münasibətlərin inkişaf məsələləri nəzərdən keçiriləcək. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsi, regionda və dünyada baş verən hadisələrin gedişatı müzakirə olunacaq.
Eyni zamanda, iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.
Geri dön