Ana Sayfa > M / Karusel / Siyasət > Yeni prezident Azərbaycana səfərə gəldi

Yeni prezident Azərbaycana səfərə gəldi


14-02-2016, 01:18. Yazar: Xeberaz
Yeni prezident Azərbaycana səfərə gəldi
Avropa Voleybol Konfederasiyasının (CEV) yeni prezidenti Aleksandar Boriçiç və vitse-prezident Renato Arena Azərbaycana səfərə gəlib.

Report-un məlumatına görə, CEV rəhbərliyi Azərbaycan və Gürcüstanda təşkil olunacaq 2017-ci il Avropa çempionatı və digər məsələlərlə əlaqədar qonaq olublar.

Onlar Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyinzadə, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezident Faiq Qarayev və baş katib Elşən İsmayılovla görüşüblər. Görüşdə çempionata hazırlıq işlərindən, AVF-nin gördüyü və görəcəyi işlərdən danışıblar.

Səfəri zamanı qonaqlar paytaxtdakı voleybol arenalarına da baxış keçiribrlər. Fevralın 14-də isə CEV və AVF rəhbərliyinin Qubaya səfəri nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci il Avropa çempionatında qruplardan birinin oyunlarının Qubada təşkili nəzərdə tutulub.
Geri dön