Ana Sayfa > M / Karusel / Gündəm / Həftə-Reytinq > Buryatiyada Heydər Əliyevə abidə qoyulacaq

Buryatiyada Heydər Əliyevə abidə qoyulacaq


13-02-2016, 23:15. Yazar: Xeberaz
Buryatiyada Heydər Əliyevə abidə qoyulacaq
Rusiya Federasiya Şurasının Buryatiyadan olan üzvü Arnold Tuloxonov Buryatiyada Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevə abidə ucaldılması təşəbbüsü ilə çıxış edib.
Xəbəraz.az-ın Azərtac-a istinadən məlumatına görə, A.Tuloxonov fevralın 12-də mətbuat konfransında deyib: “Bunun bir səbəbi odur ki, Heydər Əliyev SSRİ hökumətinin baş nazirinin birinci müavini vəzifəsində çalışarkən Baykal-Amur Magistralı tikintisinə kuratorluq edib. Bu, həm dostluq, həm də minnətdarlıq rəmzi olacaq”.

“Abidə Severobaykalskda qoyulmalıdır və xalqlar dostluğuna, Baykal-Amur magistralının (BAM) tikintisinə həsr edilməlidir”, - deyən A.Tuloxonov xatırladıb ki, bu il BAM-ın Azərbaycandan olan inşaat dəstəsi tərəfindən tikilmiş “Anqoya” stansiyasına ilk qatarın gəlməsindən 35 il keçir.
Geri dön