Ana Sayfa > M / Karusel / Dünya > "Ruslar və iranlılar Əsədi verdiyi sözü tutmağa məcbur etməsə..." - Dövlət Departamenti

"Ruslar və iranlılar Əsədi verdiyi sözü tutmağa məcbur etməsə..." - Dövlət Departamenti


13-02-2016, 22:03. Yazar: Xeberaz

"Ruslar və iranlılar Əsədi verdiyi sözü tutmağa məcbur etməsə..." - Dövlət Departamenti
"Vaşinqton Suriyaya beynəlxalq qoşunların girmə imkanını görmür".

Bu açıqlama ilə Dövlət Departamentinin nümayəndəsi Coşua Beyker çıxış edib.

“Biz hamımız Səudiyyə Ərəbistanın, BƏƏ-nin bəyanatlarını gördük. Prezident Obamanın dediyi ki, ABŞ-ın Suriyada quru əməliyyatlar keçirmək barədə heç bir planı yoxdur”

Bayker bildirib ki, beynəlxalq qüvvələrin bu vəziyyətdə kömək edəcəyinə inanmır. O, Əsədin öz öhdəliklərini yerinə yetirməyəcəyi halda Suriyaya əlavə quru qüvvələrinin daxil olmasını istisna etməyib.

“Əgər Əsəd söz verdiyi öhdəlikləri yerinə yetirməsə, ruslar və iranlılar onu verdiyi sözü tutmağa məcbur etməsə, şübhəsiz ki, dünya ictimaiyyəti yerində elə-belə oturub, bütün unları axmaq kimi izləməyəcək” - Con Kerri Dubayın Orient TV kanlına müsahibəsində belə deyib. Avropa.info
Geri dön