Ana Sayfa > M / Gündəm > Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verdi

Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verdi


9-02-2016, 16:33. Yazar: Vusale
Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verdi

Rusiya hüquq-mühafizə orqanları rüşvətxorluqda təqsirləndirilən azərbaycanlını axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 52 yaşlı Elçin Mahmudov rüşvətxorluqda ittiham olunur. Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Saytın əldə etdiyi məlumata görə, E. Mahmudov Rusiyada “Ponek-E” və “Asfin” şirkətlərinin rəhbəridir. (APA)
Geri dön