Ana Sayfa > M / Karusel / Dünya > Rusiyanın Suriya ilə bağlı yeni planı ortaya çıxıb

Rusiyanın Suriya ilə bağlı yeni planı ortaya çıxıb


8-02-2016, 00:27. Yazar: Xeberaz
Rusiyanın Suriya ilə bağlı yeni planı ortaya çıxıb
Rusiya fevralın 11-də Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Suriya toplantısına kimi Hələbi müxalifət güclərindən almaq istəyir.

Suriyadakı yeni qaçqın dalğasını müzakirə etmək fevralın 6-da toplanan BMT Təhlükəsizlik Şurasının iclası da hər hansı qərar qəbul etmədən başa çatıb. Rusiya lideri Vladimir Putinin hədəfi isə Bəşər Əsəd güclərinə göndərdiyi son model T-90 tankları ilə 11 fevral tarixinə kimi Hələb üzərində nəzarəti tamamilə təmin etməkdir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Suriyada “terrorçu təşkilatlarla” mübarizənin qanuni olduğunu bildirib.

Rusiyanın “Qazeta” nəşri “Putin Hələb üçün döyüşür” başlıqlı xəbərində Rusiyanın rejim güclərinə yalnız hava qüvvələri ilə deyil, quruda ağır texnika ilə də dəstək verdiyini yazıb.

“Putin Hələbin tezliklə alınmasını istəyir. ABŞ-ın müxalif qüvvələrinə verdiyi TOW-2A tank əleyhinə raketlərinə qarşı T-90 tanklarından istifadə edilir. Son model T-90 tanklarında raketlərə qarşı erkən xəbərdarlıq sistemi var”, - Rusiya nəşri qeyd edib.
Geri dön