Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Rövnəq Abdullayev yanacağın qiymətindən danışdı

Rövnəq Abdullayev yanacağın qiymətindən danışdı


7-02-2016, 15:04. Yazar: Xeberaz
Rövnəq Abdullayev yanacağın qiymətindən danışdı
“Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur”.

Xəbəraz.az Trend-ə istinadən məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşdə bildirib.

“Bizdə neftin qiymətini Tarif Şurası ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur”, - deyə Rövnəq Abdullayev bildirib.
Geri dön