Ana Sayfa > M / Karusel / Dünya > Putin Ərdoğanla görüşməyəcək

Putin Ərdoğanla görüşməyəcək


5-02-2016, 19:04. Yazar: Xeberaz
Putin Ərdoğanla görüşməyəcək
Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməyəcəyini açıqlayıb.

Xəbəraz.az xəbər verir ki, Peskov belə bir görüşün gələcəkdə planlaşdırılmadığını bildirib:

“Rusiya və Türkiyə liderləri arasında hər hansı bir danışıq olmayıb. Gələcəkdə də belə bir görüşün keçirilməsi gözlənilmir”.

Xatırladaq ki, Türkiyə Prezidenti Ərdoğan Rusiyanın Su-34 bombardmançısının Türkiyə sərhədini yanvarın 29-da pozmasından sonra Putinlə bu barədə görüşüb, müzakirə aparmaq istədiyini bildirmişdi.
Geri dön